15 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Fermer və təsərrüfatlara 437 milyon manatlıq sığorta təminatı verilib

Cari ilin yanvar-iyun ayları ərzində Aqrar Sığorta Fondu tərəfindən 326 min hektar əkin sahəsinin sığortalanması üzrə müqavilələr imzalanıb.

Kənd Təsərrüfatı Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, bu müqavilələr əsasında fermer və təsərrüfatlara 437 milyon manatlıq sığorta təminatı verilib.

Ən çox sığortalanan sahələr buğda, arpa, pambıq, qarğıdalı, fındıq, şəkər çuğunduru, çəltik əkinləri, üzümlüklər və meyvə bağlarıdır.

Hesabat dövründə əkin sahələrinin sığortası üzrə 11 milyon manat həcmində sığorta haqqı ödənilib.

Qanunvericiliyə əsasən, fermerlərə dövlət dəstəyi məqsədilə sığorta haqlarının 50 faizi dövlət tərəfindən ödənilir. Buna uyğun olaraq əkin sahələri üzrə sığorta haqlarının 5,5 milyon manatı fermerlər tərəfindən, digər 5,5 milyon manatı isə fermerlərə dəstək üçün dövlət tərəfindən ödənilib.

Cari ilin ilk yarımilliyində Fond tərəfindən 4506 kənd təsərrüfatı heyvanı sığortalanıb. Heyvan sığortaları üzrə verilən sığorta təminatı 20,6 milyon manat təşkil edir.

Hesabat dövründə heyvandarlıq sığortası üzrə 2,154 milyon manat sığorta haqqı toplanıb. Bu vəsaitin yarısı, yəni 1 milyon 77 min manatı fermerlər tərəfindən, digər yarısı isə fermerlərə dəstək məqsədilə dövlət tərəfindən ödənilib.

VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?