16 Sentyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan ICPEN-in Məsləhət Qrupunun üzvü seçilib

Azərbaycan Respublikası İstehlakçı Hüquqlarının Müdafiəsi və Mühafizəsi üzrə Beynəlxalq Şəbəkənin (ICPEN) Məsləhət Qrupuna üzv seçilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən (AİBNDX) “vergiler.az”a verilən məlumata görə, 2023-2024-cü illərdə fəaliyyət göstərəcək ICPEN Məsləhət Qrupuna hazırda Polşanın Rəqabət və İstehlakçıların Müdafiəsi Ofisi sədrlik edir.

Məsləhət Qrupuna üzvlük Azərbaycanın Şəbəkəyə üzv ölkələrlə müvafiq sahədə əməkdaşlığının gücləndirilməsinə, həmçinin beynəlxalq təcrübənin öyrənilməsi və effektiv tətbiqi istiqamətində aparılan işlərə töhfə verəcək.

Təşkilata üzvlük çərçivəsində AİBNDX İCPEN-in Məsləhət Qrupunun bu günlərdə baş tutan ilk iclasında iştirak edib.

İclasda istehlakçı hüquqlarının müdafiəsi sahəsində əsas prinsiplər, tətbiq edilən mühafizə metodları, üzv dövlətlərlə əməkdaşlıq sahələri və qarşıda duran məsələlər müzakirə edilib.

Məsləhət Qrupunda Azərbaycanla yanaşı, ABŞ, Kanada, Kolumbiya, Peru, Portuqaliya, Böyük Britaniya, Almaniya, İrlandiya, Latviya, Niderland, Belçika, Norveç, Türkiyə, Avstraliya, Yeni Zelandiya, Zimbabve və Esvatini yer alıb.

Qeyd edək ki, Azərbaycan 2006-cı ildən etibarən İstehlakçıların Hüquqlarının Müdafiəsi və Mühafizəsi üzrə Beynəlxalq Şəbəkəyə (ICPEN) üzvdür və təşkilatda İqtisadiyyat Nazirliyi tərəfindən təmsil olunur.

VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiQeyri-rezidentə göstərilən xidmət ƏDV-yə cəlb olunurmu? VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiXaricə elektron kitab satışı üçün vergi öhdəlikləri VergiVəsaitlər əvəzləşdirilən zaman məbləğlərin gəlir və xərc kimi göstərilməsi VergiƏlilliyi olan şəxslərin hansı vergi güzəştləri mövcuddur? VergiYemək xərclərinə görə hesablanan sığorta haqları gəlirdən çıxılırmı?