10 Sentyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Zəngəzur dəhlizi boyunca istehsal sahələrinin yaradılması planlaşdırılır

Biz Zəngəzur dəhlizi boyunca bir çox istehsal sahələrini yaratmağı planlaşdırırıq və sadəcə tranzit ölkə olmaq istəmirik.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində deyib.

“Geosiyasi baxımdan, bu, yaxşı haldır, yəni, əlavə gəlir əldə etmək olar, biz Azərbaycanda böyük sənaye zonalarını yaratmaq istəyirik. Əslində, bu istiqamətdə irəliləyirik. Hesab edirəm ki, bu ay açılmış və artıq fəaliyyətə başlamış Ələt Azad İqtisadi Zonamızda istehsalatla məşğul olmaq, həmçinin Çin şirkətləri üçün cəlbedici ola bilər. Əslində, təsəvvür etdiyinizdən də geniş fürsətdir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

AZƏRTAC

Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiQeyri-rezidentə göstərilən xidmət ƏDV-yə cəlb olunurmu? VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiXaricə elektron kitab satışı üçün vergi öhdəlikləri VergiVəsaitlər əvəzləşdirilən zaman məbləğlərin gəlir və xərc kimi göstərilməsi VergiƏlilliyi olan şəxslərin hansı vergi güzəştləri mövcuddur? VergiYemək xərclərinə görə hesablanan sığorta haqları gəlirdən çıxılırmı? VergiHansı halda nağd ödəniş etmək mümkündür? VergiMusiqi əsərini xaricə satan fiziki şəxsin vergi öhdəlikləri Vergiİlin bəzi aylarında fəaliyyətini dayandıran vergi ödəyicisi 75 faizlik güzəştdən yararlana bilərmi?