15 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşları qəbul edib

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Masallı şəhərində Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib. Qəbula gələn vətəndaşların müraciəti sahibkarlığın inkişafı, o cümlədən, güzəştli kreditlərin verilməsi, vergi inzibatçılığı, infrastruktur və s. məsələlərlə bağlı olub. İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciəti diqqətlə dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı izahat verilib, araşdırma tələb edən müraciətlər isə qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə baxılması üçün qeydiyyata alınıb.

Naziri müavini Sahib Ələkbərov Masallı Sənaye Məhəlləsində taxta məmulatları, mətbəx və uşaq mebeli, xovlu xalça, qadın və kişi üst geyimləri, döşək və metal yay hissələri istehsalı müəssisələrinin fəaliyyəti ilə də tanış olub.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?