14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə daxilolmalar artıb İNFOQRAFİKA

2023-cü ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 28 hərrac keçirilib.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, hərraclarda 7 səhmdar cəmiyyətinin səhm paketi, 11 kiçik dövlət müəssisəsi, 2 yarımçıq tikili sahəsi, 259 nəqliyyat vasitəsi özəlləşdirilib.

Bu ilin ilk 6 ayı ərzində hərraca çıxarılan dövlət əmlakı üzrə 148 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 31 onlayn qoşulma reallaşıb. 2023-cü ilin birinci yarımilliyi ərzində hərrac vasitəsilə 18 faydalı qazıntı yatağı sahibkarların istifadəsinə verilib.

Hesabat dövründə investisiya müsabiqələri vasitəsilə özəlləşdirilən müəssisələrə ümumilikdə 10,4 milyon manata yaxın investisiya qoyulub və həmin müəssisələrdə 50-dən çox yeni iş yeri yaradılıb.

Cari ilin yanvar-iyun ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 60,5 milyon manat təşkil edib və yarımillik büdcə proqnozuna 122,5 faiz əməl olunub. Dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çox olub.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?