15 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kimya sənayesi üzrə 1 milyard manatlıq məhsul istehsal edilib

Bu ilin yanvar-iyun ayları ərzində ölkədə kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1016,3 milyon manatlıq məhsul istehsal edilib.

vergiler.az” Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə rezin və plastik kütlə məmulatlarının istehsalı 16 faiz, kimya sənayesi məhsullarının istehsalı 3,1 faiz artıb, əczaçılıq məhsullarının istehsalı isə 27,3 faiz azalıb.

Kimya sənayesi məhsulları üzrə etilen istehsalında 53,5 faiz, polietilen istehsalında 54 faiz, propen (propilen) istehsalında 45,8 faiz, rezin və plastik kütlə məmulatlarından plastmas butulkalar, flakonlar və oxşar məmulatların istehsalında 2,4 dəfə, sərt plastmasdan borular, borucuqlar, qolçaqlar və şlanqların istehsalında 36,9 faiz, plastmas çubuqlar, millər və profillərin istehsalında isə 17,4 faiz artım qeydə alınıb.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?