15 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Tikinti materiallarına dair milli texniki reqlamentlərin hazırlanması müzakirə edilib

Almaniya Fiziki-Texniki Federal İnstitutunun (Physikalisch-Technische Bundesanstalt - PTB) nümayəndə heyəti “Şərq Tərəfdaşlığı Ölkələrində Artan Ticarət üçün Keyfiyyət Standartları" layihəsi çərçivəsində Bakıya işgüzar səfər edib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən “vergiler.az”a verilən məlumata görə, PTB ekspertləri Dövlət Xidməti və qurumun tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu, Azərbaycan Metrologiya İnstitutu və Azərbaycan Akkreditasiya Mərkəzi publik hüquqi şəxslərin nümayəndələri ilə görüşlər keçirib, keyfiyyət infrastrukturu qurumlarında mövcud vəziyyətlə tanış olublar.

Görüşlər çərçivəsində seçilmiş məhsullar üzrə dəyər zəncirləri üçün xidmət və prosedurların təkmilləşdirilməsi müzakirə olunub, məhsul olaraq tikinti materialları qrupuna aid olan gil dam örtüyünün və döşəmə plitələrin seçildiyi vurğulanıb.

Həmçinin sözügedən məhsulların təhlükəsizlik və keyfiyyət tələblərinin müəyyənləşdirilməsi, standartlaşdırma, sınaq və sertifikatlaşdırma xidmətləri üzrə fəaliyyət planı ətrafında detallı təhlillər aparılıb. Layihə çərçivəsində müvafiq tikinti materiallarına dair milli texniki reqlamentlərin və istinad standartlarının hazırlanması müzakirə edilib. Bundan əlavə, Azərbaycan üzrə seçilmiş dəyər zəncirlərində standartlaşdırma, metrologiya və akkreditasiya proseslərinə dəstək məsələləri nəzərdən keçirilib.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?