10 Sentyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

3 mindən çox KOB subyekti və biznesə başlamaq istəyən şəxsə təlim və məsləhət xidməti göstərib

Bu ilin birinci yarısında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən sahibkarların, biznesə başlamaq istəyənlərin və startapların biznes biliklərinə yiyələnməsi və mövcud biliklərinin artırılması üçün 308 təlim keçirilib.

KOBİA-dan “vergiler.az”a verilən məlumata görə, Agentliyin ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən KOB inkişaf mərkəzləri tərəfindən təşkil olunan təlimlər biznesə başlama, layihə idarəetməsi, maliyyənin idarə olunması, satış, marketinq, rəqəmsal bacarıqlar, “yaşıl iqtisadiyyat” və digər mövzuları əhatə edib.

Bu dövrdə 13 sahibkar və menecer beynəlxalq təcrübəyə yiyələnməsi üçün “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı” çərçivəsində Almaniyada ixtisasartırma kursu keçib.

Agentliyin video təlim platformasındakı onlayn təlim videolarından ödənişsiz olaraq 244 sahibkar və biznesə başlamaq istəyən şəxs faydalanıb.

KOB inkişaf mərkəzləri tərəfindən satış kanallarına çıxış, marketinq, biznesin planlaşdırılması, mühasibatlıq, hüquqi məsələlərlə bağlı 729 sahibkara və biznesə başlamaq istəyən şəxsə məsləhət xidməti göstərilib.

Ümumilikdə, 2023-cü ilin I yarısında Agentliyin KOB subyektlərinin biznes biliklərinin artırılması istiqamətində göstərdiyi dəstək və xidmətlərdən 3 mindən çox KOB subyekti, startap və biznesə başlamaq istəyən şəxs yararlanıb.

KOBİA bu ilin birinci yarısında kənd təsərrüfatı, istehsal, xidmət və digər istiqamətlərdə 148 biznes planın ödənişsiz olaraq hazırlanmasına dəstək olub.

Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiQeyri-rezidentə göstərilən xidmət ƏDV-yə cəlb olunurmu? VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiXaricə elektron kitab satışı üçün vergi öhdəlikləri VergiVəsaitlər əvəzləşdirilən zaman məbləğlərin gəlir və xərc kimi göstərilməsi VergiƏlilliyi olan şəxslərin hansı vergi güzəştləri mövcuddur? VergiYemək xərclərinə görə hesablanan sığorta haqları gəlirdən çıxılırmı? VergiHansı halda nağd ödəniş etmək mümkündür? VergiMusiqi əsərini xaricə satan fiziki şəxsin vergi öhdəlikləri Vergiİlin bəzi aylarında fəaliyyətini dayandıran vergi ödəyicisi 75 faizlik güzəştdən yararlana bilərmi?