16 Sentyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ağdam Sənaye Parkında süd zavodu tikiləcək

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti “Ağdam süd” MMC gələn ilin yanvar-aprel may ayları ərzində istehsal müəssisəsinin qurulması üçün tikinti işlərinə başlamağı planlaşdırır.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına “Ağdam süd” MMC-nin təsisçisi Hafiz Tapdıqov deyib.

Onun sözlərinə görə, tikinti işləri aparıldıqdan sonra müəssisənin mərhələli şəkildə avadanlıqlarla təminatı həyata keçiriləcək.

H.Tapdıqov qeyd edib ki, ilkin mərhələdə müəssisənin istehsal gücü 5-10 ton olacaq. Lakin hədəf müəssisənin istehsal gücünün 50 tona çatdırılmasıdır: “Fəaliyyətə 2025-ci ildən başlamağı nəzərdə tuturuq. Zavodda holland pendiri, bəyaz pendir, yoqurt, 50 çeşiddə dondurma, şor, ayran, kefir, kəsmik və s. istehsal ediləcək. Məhsullar yalnız daxili bazar üçün nəzərdə tutulur. Amma xarici bazara çıxış da əsas hədəflərimizdəndir. Bununla bağlı bazar araşdırması aparmışıq. Rusiya və Türkiyə bazarlarına çıxa bilərik. Digər bir hədəfimiz ferma yaratmaqdır”.

Hazırda Azərbaycanda süd məhsullarının istehsalı ilə məşğul olan H.Tapdıqov hesab edir ki, süd məhsulları bazarında əhəmiyyətli paya sahib olmasalar da, Ağdamdakı müəssisə fəaliyyətə başlayandan sonra bazardakı payları artacaq: “Azərbaycan bazarında süd məhsullarına böyük tələbat var. Ağdam Sənaye Parkında sahibkarlara verilən güzəşt də imkan verir ki, yerli bazarda istehsal artsın”.

Xatırladaq ki, bu ilin aprel ayında “Ağdam süd” MMC-yə Ağdam Sənaye Parkının rezidentliyi statusu verilib. Şirkət Sənaye Parkına 2,2 milyon manat investisiya yatıracaq, 40 nəfəri işlə təmin edəcək.

İlhamə İSABALAYEVA

VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiQeyri-rezidentə göstərilən xidmət ƏDV-yə cəlb olunurmu? VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiXaricə elektron kitab satışı üçün vergi öhdəlikləri VergiVəsaitlər əvəzləşdirilən zaman məbləğlərin gəlir və xərc kimi göstərilməsi VergiƏlilliyi olan şəxslərin hansı vergi güzəştləri mövcuddur? VergiYemək xərclərinə görə hesablanan sığorta haqları gəlirdən çıxılırmı?