20 Sentyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan neft emalını 15 faizədək artırıb

Bu ilin yanvar-iyun aylarında ölkədə neftin emalı 3,1 milyon ton təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisini 14,8 faiz üstələyir.

"vergiler.az"ın Energetika Nazirliyinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə təxminən 15,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Ötən ilin müvafiq dövrünə nisbətdə hasilatda 7,9 faiz azalma müşahidə olunub.

Neft hasilatının 9,1 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,2 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,9 milyon ton təşkil edib.

Hesabat dövründə təxminən 12,7 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub ki, bu da bir il öncəki göstəricidən 5,2 faiz azdır. İxraca nəql edilən neftin 11,3 milyon tonu konsorsiumun, 1,4 milyon tonu isə SOCAR-ın payına düşür.

VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiQeyri-rezidentə göstərilən xidmət ƏDV-yə cəlb olunurmu? VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiXaricə elektron kitab satışı üçün vergi öhdəlikləri