15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vüqar Bayramov: "Nəticələr növbəti 6 ayda da qeyri-neft sektorunda artım tendensiyasının davam edəcəyindən xəbər verir"

“Bu ilin birinci yarısında əldə edilən nəticələr növbəti 6 ayda da qeyri-neft sektorunda, fiskal gəlirlərimizdə artım tendensiyasının davam edəcəyindən və Qarabağda bərpa işlərinin sürətlənəcəyindən xəbər verir”.

Bunu “vergiler.az”a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Regional və qlobal çətinliklərə baxmayaraq, 2023-cü ilin birinci yarısının Azərbaycan üçün uğurlu olduğunu bildirən millət vəkilinin sözlərinə görə, bu ilin ilk yarısında qeyri-neft sənayesinin 6,5 faiz, qeyri-neft sektorunun 3 faizdən çox artması müsbət haldır və bu, enerjidən kənar sektorların artıq iqtisadi artımda drayverə çevrilməsindən xəbər verir. Bu, həmçinin ÜDM-in strukturunda qeyri-neft sektorunun payının artması anlamına gəlir.

Bu ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, eləcə də iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsinə xüsusi yer ayırdığını nəzərə çatdıran V.Bayramov bildirib ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı islahatlar dövlət büdcəsi gəlirlərinin artmasında da özünü büruzə verir.

İqtisadçı 2023-cü ilin büdcəsinin manat ifadəsində müstəqillik ilinin ən böyük büdcəsi olduğunu da söyləyib. O qeyd edib ki, bu ilin ilk 4 ayında büdcəyə əlavə olaraq 2 milyard 400 milyon manatın daxil olması fiskal gəlir və xərclərə dürüstləşmənin edilməsinə, büdcəyə əlavə 3 milyard 50 milyon manatın cəlbinə, bununla da Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, milli təhlükəsizliyimizin daha da gücləndirilməsi üzrə ayırmaların artırılmasına şərait yaratdı.

Deputat əlavə edib ki, 2023-cü ilin sonunadək işğaldan azad olunan ərazilərimizin bərpasına ayrılan vəsait 12 milyard manata çatacaq. Onun 5.5 milyard manata yaxını məhz 2023-cü ilin payına düşəcək. Bütövlükdə, 2026-cı ilədək Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasına ayrılan vəsait 20 milyard manatdan çox olacaq. Bütün bunlar Böyük Qayıdış proqramının daha sürətlə icrasına imkan yaradır. Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulmasının nəzərdə tutulması və dövlət başçısının artıq 30 yaşayış məntəqəsinin - 8 şəhər, 22 qəsəbə və kəndin təməlinin qoyulmasında iştirak etməsi bir daha təsdiq edir ki, məskunlaşma prosesi gözləniləndən daha tez və intensiv reallaşacaq: “Bu ilin sonunadək Qarabağ və Şərqi Zəngəzura 2 min ailənin və ya 10 minə yaxın vətəndaşımızın qayıtması reallaşacaq”.

V.Bayramov qeyd edib ki, bu ilin birinci yarısında mühüm məqamlardan biri sosial-iqtisadi islahatların davam etdirilməsi olub. 2023-cü ilin yanvarından minimum əməkhaqqı və pensiyanın artırılması, pensiyanın indeksasiya olunması, dövlət qurumlarında çalışan əməkdaşların əməkhaqlarının artırılması bu ilin ən mühüm naliyyətlərindən biri olub. 2023-cü ildə Azərbaycanın dövlət büdcəsinin xərclərinin 45 faizi sosial iqtiqamətə yönəldiləcək: “Ümumiyyətlə, Azərbaycan son 4 ildə çox intensiv şəkildə sosial paketlərin maliyyələşdirilməsini həyata keçirir. Bu da fisqal siyasətimizdəki dəyişiklərin, eləcə də dövlət büdcəsinə daxilolmaların artması ilə bağlıdır. Dövlət büdcəsində qeyri-neft sektorunun payının artması müşahidə olunur ki, bu da sosial layihələrin maliyyələşdirilməsi üçün zəmin yaradır”.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?