14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İş fəaliyyətinin davamlılığının təmin edilməsinə dair yeni standart qəbul edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən ISO 22301:2019 “Security and resilience. Business continuity management systems Requirements” beynəlxalq standart əsasında AZS ISO 22301:2023 “Təhlükəsizlik və davamlılıq. Fəaliyyətin (biznesin) davamlılığının idarəetmə sistemləri. Tələblər” dövlət standartı qəbul edilib.

İnstitutdan “vergiler.az”a verilən məlumata görə, iş fəaliyyətinin davamlılığının təmin edilməsi uğurlu idarəetmənin əsasını təşkil edir. Hər bir müəssisə, təşkilat və biznes subyekti fəaliyyətin pozulmasına səbəb olan hadisələrlə qarşılaşa bilər. Bu zaman potensial riskləri və bu risklərin fəaliyyətə təsirlərini müəyyən edən, o cümlədən maraqlı tərəflərin maraqlarını və nüfuzunu qorumaqla təşkilatın dayanıqlığının təmin edən vahid idarəetmə sisteminə zərurət yaranır.

Bu standart dövlət qurumlarında, özəl müəssisə və təşkilatlarda, səhiyyə müəssisələrində, tikinti şirkətlərində xüsusilə bank, sığorta və telekommunikasiya kimi müəyyən sahələrdə iş fəaliyyətinin fasiləsizliyinin təmin edilməsi böyük əhəmiyyətə malikdir. İş fəaliyyətinin (biznesin) davamlılığının idarəedilməsi təşkilatda baş verə biləcək potensial risklərin və fəaliyyət pozulmalarının qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsinə imkan verəcək.

Standartın tətbiqi müəssisə və təşkilatlarda iş fəaliyyətinin (biznesin) davamlılığının təmin edilməsinə, informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqinin genişləndirilməsinə, elektron xidmətlərin sayının artırılmasına şərait yaradacaq.

Standart iş fəaliyyətinin (biznesin) pozulmalarından qorunmaq, onların baş vermə ehtimalını azaltmaq, bu cür hallara hazırlaşmaq, baş verdikdə əks tədbir görmək və bərpa olunmaq məqsədilə idarəetmə sisteminin həyata keçirilməsi, təmin edilməsi və təkmilləşdirilməsi üzrə tələbləri müəyyən edir.

Sözügedən standart layihəsi “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 08) müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?