15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Naxçıvanın ixrac coğrafiyasının genişləndirilməsi müzakirə edilib

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) nümayəndə heyəti Naxçıvanda bir sıra görüşlər keçirib.

Agentlikdən “vergiler.az”a verilən məlumata görə, ölkə başçısının Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşdə Naxçıvanın mühüm ixrac potensialını nəzərə alaraq, ixracın təşviqi mexanizmlərinin daha səmərəli tətbiq edilməsinin önəmi vurğulanıb. Naxçıvanda istehsal olunan məhsulların xarici bazarlarda rəqabət qabiliyyətinin artırılması məqsədilə logistika subsidiyalarının tətbiq edilməsinin muxtar respublikanın ixrac potensialının reallaşdırılmasına əhəmiyyətli töhfə verəcəyi bildirilib.

Görüşdə AZPROMO ilə daha sıx və davamlı kommunikasiyanın qurulması məqsədilə Agentliyin Naxçıvanda nümayəndəliyinin açılmasına dair fikir mübadiləsi aparılıb.

Muxtar Respublikanın iqtisadiyyat naziri Tapdıq Əliyevlə görüşdə Naxçıvanın ixrac coğrafiyasının genişləndirilməsi, sahibkarlara aktiv dəstəyin göstərilməsi, bu müstəvidə sahəvi görüşlərin keçirilməsi məsələlərini qeyd edilib. İxracın təşviqi məqsədilə AZPROMO ilə əməkdaşlıq çərçivəsində biznes planların tərtib olunması təklif olunub.

AZPROMO-nun rəhbəri Yusif Abdullayev Naxçıvandan ixrac həcmlərinin artırılması üçün sahibkarların beynəlxalq sərgilərdə və ixrac missiyalarında iştirakı istiqamətində Agentliyin özəl sektora dəstək göstərməyə hazır olduğunu qeyd edib.

Görüşdə "Made in Azerbaijan" brendinin təşviqi mexanizmlərinin və logistikanın subsidiyalaşmasının tətbiq edilməsi üçün imkanlar müzakirə olunub. Tərəflər AZPROMO-nun Naxçıvanda nümayəndəliyinin yaradılması üzrə fikirlərini bölüşüblər.

Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini Xəyalə Dadaşova ilə görüşdə Naxçıvanın perspektivli ixracyönümlü aqrar sahələri və əkinçilərin qarşılaşdıqları məsələlər haqqında məlumat verilib, kənd təsərrüfatı məhsullarının xarici bazarlara ixracının təşviqi məqsədilə AZPROMO-nun göstərəcəyi dəstəklə bağlı məsələlər müzakirə edilib.

Səfər çərçivəsində həmçinin muxtar respublikada fəaliyyət göstərən sahibkar və investorlarla görüş keçirilib. Görüşdə Naxçıvandan ixrac prosesi zamanı bütün mərhələlərdə müşahidə olunan əsas məsələlər müzakirə olunub, ixrac coğrafiyasının genişləndirilməsi barədə geniş müzakirələr aparılıb. Tədbirdə AZPROMO tərəfindən ixracın təşviqi mexanizmlərinə dair təqdimat keçirilib, sahibkarlar və investorları maraqlandıran suallar cavablandırılıb.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?