17 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Hökumət Evində Vətəndaşların Qəbulu Mərkəzinə 7 mindən çox vətəndaş müraciət edib

Hökumət Evində fəaliyyət göstərən Vətəndaşların Qəbulu Mərkəzinə fəaliyyət göstərdiyi bir il ərzində 7 mindən çox vətəndaş müraciət edib.

İqtisadiyyat Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, müraciətlər əsasən insan hüquqlarının qorunması, dövlət satınalmaları, istehlakçıların müdafiəsi, əqli mülkiyyətin rəsmiləşdirilməsi, subsidiya, əmlak, su təminatı və digər məsələləri əhatə edib. Mərkəzdə vətəndaşların müraciətləri üzrə operativ məsələlər yerindəcə həll olunub, araşdırma tələb edən yazılı müraciətlər qeydiyyata alınaraq aidiyyəti üzrə yönəldilib.

Qeyd edək ki, Vətəndaşların Qəbulu Mərkəzində Hökumət Evi inzibati binasında yerləşən dövlət qurumlarının - Ombudsman aparatı, Mədəniyyət, İqtisadiyyat, Kənd Təsərrüfatı və Energetika nazirliklərinin, Əqli Mülkiyyət Agentliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndələri təmsil olunur. Mərkəz vətəndaşların qəbulunun vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi məqsədilə 5 iyul 2022-ci il tarixində fəaliyyətə başlayıb. Burada ümumi qəbul sahəsi, videoqəbul otaqları, aidiyyəti məsul şəxslər tərəfindən qəbul üçün xüsusi otaqlar, “Ana və uşaq otağı” fəaliyyət göstərir.

VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?