15 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan inklüziv enerji keçidini dəstəkləyir

Son illər neft-qaz sektoruna investisiyaların azalması bazarda sabitlik və dayanıqlı enerji təhlükəsizliyi üçün başlıca risklərdən biridir.

Energetika Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, bunu nazir Pərviz Şahbazov Vyanada “Dayanıqlı və inklüziv enerji keçidinə doğru” mövzusunda keçirilən 8-ci OPEC beynəlxalq seminarında çıxış edərkən deyib.

Onun sözlərinə görə, bugünkü 100 trilyon dollarlıq qlobal iqtisadiyyatın istifadə etdiyi enerjinin 80 faizindən çoxu karbohidrogenlərdən asılıdır və bu asılılığa qısa müddətdə yüksək ambisiyalı siyasi qərarlarla tamamilə son qoymaq irrealdır.

“Qarşıdakı onilliklərdə ətraf mühiti qorumaqla enerji təhlükəsizliyini, ədalətli, inklüziv enerji keçidini təmin etmək üçün bizim rasional qərarlara və təxirəsalınmaz tədbirlərə ehtiyacımız var. Bu isə enerji bazarlarının iştirakçıları arasında dialoq və əməkdaşlıq olmadan mümkün deyil”, - deyə P.Şahbazov əlavə edib.

Nazir Azərbaycanın hazırda enerji təhlükəsizliyində rolunu bir neçə enerji resursu üzrə şaxələndirməsindən, ötən il Cənub Qaz Dəhlizi ilə Avropaya qaz tədarükünün 40 faiz artırılması ilə təbii qazın enerji böhranının həllinə töhfələrindən danışıb.

Bildirilib ki, Azərbaycanın məqsədi hər hansı bir enerji növünün təşviqi deyil, bütün enerji növlərindən doğru istifadə etməklə enerji təhlükəsizliyinə, iqtisadi inkişafa və sabitliyə töhfə verməkdir.

“Biz inklüziv enerji keçidini dəstəkləyirik. Lakin emissiyaların azaldılmasında mühüm rol oynayan “yaşıl enerji”nin dayanıqlığını təmin etmək, bərpa olunan enerjini dəstəkləmək, rəvan enerji keçidi üçün bizim qaza ehtiyacımız var. Hesab edirəm ki, gecikmədən birgə hərəkət etmək vaxtıdır. Gəlin, ayrı-ayrılıqda deyil, birgə, dialoq mühitində enerji bazarlarının inkişafı ilə bağlı doğru qiymətləndirmələr aparaq, gələcək qarşısında məsuliyyətimizi bərabər səviyyədə paylaşaq. Həm qlobal neft bazarının davamlı balanslaşdırılmasının etibarlı qarantı olan “OPEC plus” ölkəsi, həm də Avropanın etibarlı enerji tərəfdaşı olaraq Azərbaycan belə bir dialoqa töhfə verməyə hazırdır”, - deyə nazir qeyd edib.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?