20 Sentyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Anastasiya Lavrina: “Zəngəzur dəhlizi geosiyasi dividendlər yaradacaq”

Rusiya və Azərbaycan Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması prosesinə xüsusi əhəmiyyət verirlər.

Azərbaycanın Rus İcması sədrinin birinci müavini Anastasiya Lavrina “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına açıqlamasında bildirib ki, Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin mühüm iştirakçısıdır.

Ekspert deyib ki, Azərbaycan Zəngəzur dəhlizinin açılması təşəbbüsü ilə çıxış etməklə başa düşür ki, dəhliz ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirməklə yanaşı, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsinə çevriləcək.

"Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün ölkələr üçün sosial-iqtisadi, geosiyasi və geostrateji dividendlər yaradacaq. Zəngəzur dəhlizi Sakit okean və Atlantik okeanı arasında ən qısa quru nəqliyyat marşrutuna, eləcə də “Şimal-Cənub” və “Şərq-Qərb” marşrutlarının kəsişmə nöqtəsinə çevriləcək. Layihənin həyata keçirilməsi regionun bütün ölkələri üçün strateji əhəmiyyət kəsb edən, Avropa və Asiyanı birləşdirən quru nəqliyyat marşrutlarının fəaliyyətini əhəmiyyətli dərəcədə genişləndirəcək”, - A.Lavrina vurğulayıb.

Ekspert qeyd edib ki, Azərbaycanla Rusiya arasında nəqliyyat əlaqələri ticarət dövriyyəsinin artmasına da kömək edəcək: “"Rusiya investorları beynəlxalq dəhlizlərin kəsişməsində yerləşən Ələt Azad İqtisadi Zonasının nəqliyyat və logistika imkanlarından yararlana bilərlər. Şübhəsiz ki, bu zona Azərbaycanın tranzit və nəqliyyat dəhlizlərində mühüm rol oynayan qovşaq ölkə kimi strateji əhəmiyyətini artıracaq”.

Tamilla MƏMMƏDOVA

VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiQeyri-rezidentə göstərilən xidmət ƏDV-yə cəlb olunurmu? VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiXaricə elektron kitab satışı üçün vergi öhdəlikləri