15 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dördüncü Sənaye İnqilabı Mərkəzlərinin əməkdaşlıq imkanları müzakirə olunub

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) rəhbərliyi Çinin Tianjin şəhərində keçirilən Dünya İqtisadi Forumunun (DİF) “Yeni çempionların illik görüşü” tədbirində iştirak edib.

Mərkəzdən “vergiler.az”a verilən məlumata görə, “Yay Davosu” adlandırılan bu görüşün builki mövzusu "Sahibkarlıq: Qlobal İqtisadiyyatı İdarəetmə" olub və tədbirdə dünyanın 90 ölkəsindən 1500-dən çox rəsmi şəxslər, beynəlxalq təşkilatların nümayəndələri və sahibkarlar iştirak edib. Bununla yanaşı, görüş çərçivəsində təşkil olunan sərgidə ən son texnologiyalar və dünyanın yüksək investisiya dəyərli startapları təqdim olunub.

Tədbir çərçivəsində həmçinin DİF-in Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin 19 ölkədə fəaliyyət göstərən mərkəzlərinin də ilk görüşü təşkil olunub.

Görüş zamanı mərkəzlərin fəaliyyət istiqamətləri, rəqəmsal iqtisadiyyatın inkişafına dair görülən işlər, layihələr və mərkəzlər arasında əməkdaşlıq imkanları müzakirə olunub.

Qeyd edək ki, 4SİM həmçinin Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycandakı Mərkəzinə ev sahibliyi edir. Mərkəz MDB məkanında DİF tərəfindən yaradılmış ilk mərkəz olub, ölkəmizdə 4Sİ texnologiyaları sahəsində layihələrin icrasını və koordinasiyasını həyata keçirir, eyni zamanda DİF tərəfindən irəli sürülən təşəbbüslərdə və tədbirlərdə iştirak edir.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?