16 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Özbəkistanla daşınmaz əmlakın dövlət qeydiyyatı sahəsində təcrübə mübadiləsi aparılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Kadastr Agentliyi arasında torpaq və əmlak idarəçiliyi, daşınmaz əmlakın dövlət qeydiyyatı və kadastrı üzrə informasiya ehtiyatı və sistemlərinin təkmilləşdirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsi məqsədilə onlayn görüş keçirilib.

Dövlət Xidmətindən “vergiler.az”a verilən məlumata görə, görüşdə Azərbaycan və Özbəkistan mütəxəssisləri tərəfindən daşınmaz əmlakın dövlət qeydiyyatı və kadastrı sahəsində tətbiq olunan proqram təminatları, informasiya sistemləri barədə məlumat verilib, ölkəmizdə torpaqların elektron kadastr uçotunun informasiya sistemi, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən kadastr işləri, həmçinin Özbəkistanda həyata keçirilən torpaq islahatı barədə təqdimatlar edilib.

Sonda suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.

VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?