15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əkin sahələrindən 523 min tondan çox buğda yığılıb

Ölkə üzrə taxıl sahələrinin 38,9 faizində biçin yekunlaşıb və iyunun 25-nə olan məlumata görə, 410 237 hektar sahədə biçin prosesi başa çatıb.

Kənd Təsərrüfatı Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, sahələrdən 792 444 ton arpa və 523 354 ton buğda yığılıb. Orta məhsuldarlıq arpa üzrə 30,4 sentner, buğda üzrə 34,9 sentner təşkil edir.

Aran rayonlarında arpa biçini tam yekunlaşmaq üzrədir. Bugünədək payızlıq arpa sahələrinin 65 faizi biçilib, yaxın günlərdə dağətəyi bölgələrdə arpa biçininə başlanacaq.

Qeyd edək ki, bu il ölkə ərazisində 1 milyon hektardan artıq sahədə taxıl əkilib ki, bunun 40 faizi arpa, 60 faizi buğda sahəsidir.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?