9 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ramil Mahmudov: “Əhalinin banklara inamının artması ödənişlərin təhlükəsizliyindən asılıdır”

Azərbaycan Banklar Assosisasiyasında bankların kibertəhlükəsizliyi ilə bağlı ayrıca işçi qrup yaradılıb. Qrup tərəfindən təhlükəsizlik məsələləri ilə bağlı mövcud trendlər izlənilir.

Bu barədə “vergiler.az”a Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin Milli ödəniş sisteminin inkişafı və nəzarət şöbəsinin rəisi Ramil Mahmudov məlumat verib. Onun sözlərinə görə, işçi qrup kiberhücumlar və digər bu kimi hallarla bağlı məlumatların banklar arasında çevik şəkildə ötürülməsini, paylaşılmasını təmin etməyi planlaşdırıb.

“Adətən, şəbəkədə bir bankda təhlükəli hadisə baş verəndə həmin hadisənin digər banklara ötürülməsi ehtimalı böyük olur. Ona görə də hesab edirik ki, banklar həmin anda çevik reaksiya göstərib digər həmkarlarını bu barədə məlumatlandırmalıdır. Bu gün belə bir proses mövcuddur, amma məlumatlar qeyri-rəsmi formada paylaşılır. Biz bunun daha sivil formada həyata keçirilməsinə çalışırıq”, - R.Mahmudov qeyd edib.

Mərkəzi Bankın kibertəhlükəsizliklə bağlı yeni strategiya qəbul etdiyini xatırladan R.Mahmudov bunun bankların ödəniş sistemlərində təhlükəsizlik tələblərinin yüksəldilməsinə gətirib çıxaracağını vurğulayıb: “Müşahidələr göstərir ki, vətəndaşların aldadılmasına daha çox sosial şəbəkələr üzərindən müxtəlif elanlar vasitəsilə cəhd olunur. Biz banklarla, kartlarla bağlı məsələlərə Azərbaycan Banklar Assosiasiyası ilə birlikdə mütəmadi nəzarət edirik. Monitorinqlərin nəticələrinə əsasən, kartlara və bank hesablarına təhlükəli hücumlar azalıb”.

R.Mahmudov hesab edir ki, əhalinin banklara inamının artması üçün ilk növbədə təhlükəsizlik yüksək səviyyədə olmalıdır. Bunun üçün Mərkəzi Bank əhalini məlumatlandırmaqla yanaşı, ardıcıl olaraq bankların İT sistemlərini monitorinq edir: “Məlumat ötürülməsi və məlumatın qəbul olunması, eyni zamanda məlumata reaksiya verilməsi istiqamətlərində əldə edilən informasiyalar təhlil edilir və müvafiq qiymətlərləndirmələr aparılır. Ümumilikdə, ölkə üzrə vəziyyət qənaətbəxşdir. Statistik göstəricilərə əsasən, bu sahədə ciddi problemlər yoxdur. Buna baxmayaraq, əhalinin kartlardan daha rahat istifadə etməsi üçün təhlükəsizik tədbirləri daim aktualdır”.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?