15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat Nazirliyində görüş keçirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov və Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktorunun müavini Həsən Kleib ilə görüşüblər.

Görüşdə bildirilib ki, Azərbaycanda son illər ərzində elmi tədqiqat potensialı müasirləşdirilib, müasir texnologiyaların tətbiqində əqli mülkiyyətin rolu artırılıb. Ölkəmizin milli prioritetlərinin 2-si məhz Azərbaycanın dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyata, rəqabətli insan kapitalına sahib olmasını və müasir innovasiyalar məkanına çevrilməsini hədəfləyir. Hazırlanan Rəqəmsal İqtisadiyyat Strategiyasında da bilik və bacarıqların Dördüncü Sənaye İnqilabı və rəqəmsal iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması öz əksini tapıb.

Bildirilib ki, innovasiyaları dəstəkləyən əqli mülkiyyətin inkişafı, aparıcı iqtisadi sahələrdə əqli fəaliyyətin nəticələrinin təşviqi, peşə hazırlığının keyfiyyətinin artırılması müasir çağırışlar olaraq ölkəmizin də əsas məqsədlərindəndir və bu istiqamətdə müvafiq işlər görülür.

Həsən Kleib əqli mülkiyyət hüquqlarının beynəlxalq səviyyədə qeydiyyatının stimullaşdırılması, effektiv patent qeydiyyatı prosedurlarının qurulması və əqli mülkiyyət hüquqları ilə bağlı məlumatlılığın artırılması barədə fikrilərini bölüşüb, ölkəmizin bu istiqamətdə əldə etdiyi nəticələri yüksək qiymətləndirib.

Görüşdə sahibkarlıq subyektləri üçün əmtəə nişanları və coğrafi göstəricilər üzrə təcrübə mübadiləsinin təşkili, əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatının iqtisadi siyasətə çevrilməsi məsələləri müzakirə olunub.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?