16 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Dövlət satınalmaları haqqında” qanun layihəsi birinci oxunuşda təsdiqlənib

“Dövlət satınalmaları haqqında” qanun layihəsi birinci oxunuşda təsdiqlənib

Milli Məclisin bu gün baş tutan növbədənkənar sessiyasının plenar iclasında “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi müzakirə olunub. İclasda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbər heyəti də iştirak edib.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili birinci oxunuşda müzakirəyə çıxarılan "Dövlət satınalmaları haqqında" yeni qanun layihəsi barədə təqdimatla çıxış edib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 28.04.2016-cı il tarixli 888 nömrəli Fərmanına uyğun olaraq qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanan qanun layihəsi 10 fəsil və 59 maddədən ibarətdir.

Qeyd olunub ki, yeni qanun müasir çağırışlara cavab verməklə dövlət satınalmaları sahəsində şəffaflığı və intizamlılıq səviyyəsini artırmağı, çeviklik tələblərini nəzərə almağı, dövlət büdcəsi vəsaitlərindən qənaətli istifadəni təmin etməyi, sui-istifadə hallarını minimallaşdırmağı, nəzarət imkanlarını genişləndirməyi, elektron satınalmalara keçidi təmin etməyi hədəfləyir. Bundan əlavə, dövlət satınalmalarına daha effektiv nəzarətin təmin edilməsi məqsədilə qanun layihəsində nəzarət orqanının səlahiyyətləri genişləndirilməsi də nəzərdə tutulub.

Təqdimatdan sonra Milli Məclisin deputatları söz alaraq yeni qanun layihəsi barədə öz müsbət fikirlərini səsləndirib, təkliflərlə çıxış ediblər.

Sonda “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?