15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Heydər Əliyev və Azərbaycan sənayesi” adlı konfrans keçirilib

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) təşkilatçılığı ilə Sumqayıt Kimya Sənaye Parkında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev və Azərbaycan sənayesi” adlı konfrans keçirilib.

Agentlikdən “vergiler.az”a verilən məlumata görə, konfransda aidiyyəti dövlət qurumlarının əməkdaşları və İZİA-nın idarəçiliyində olan sənaye zonalarının rezidentlərinin nümayəndələri iştirak ediblər.

Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan tədbirdə İZİA-nın İdarə Heyətinin sədri Elşad Nuriyev müasir Azərbaycanın qurucusu Heydər Əliyevin xalqımız və dövlətimiz üçün misilsiz xidmətlərindən danışıb. Vurğulanıb ki, Ümummilli Liderin uzaqgörənliyi, mükəmməl idarəçilik təcrübəsi, müəllifi olduğu sosial-iqtisadi strategiyanın reallaşdırılması Azərbaycanın davamlı və dayanıqlı inkişafı üçün möhkəm təməl yaratdı. Bu strategiyanın mərkəzində Azərbaycanı qabaqcıl texnologiyaya əsaslanan sənaye ölkəsinə çevirmək, kənd təsərrüfatını dirçəltmək, əhalinin sosial, mədəni və təhsil səviyyəsini yüksəltmək kimi mühüm hədəflər dayanırdı. Bu məqsədlərə nail olunması üçün Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə köklü islahatlar aparıldı, müvafiq normativ-hüquqi aktlar qəbul olundu və qanunvericilik bazası təkmilləşdirildi, mülkiyyətin transformasiyasına başlandı, kəndli torpağın əsl sahibinə çevrildi. Ulu Öndərin inkişaf kursunun dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan qalib dövlət, dünyanın sürətlə inkişaf edən ölkələrindən biridir.

İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsi müdirinin müavini Elçin Əzizli ölkəmizdə sahibkarlıq ənənələrinin bərpasında və inkişafında Ulu Öndərin misilsiz xidmətləri barədə məlumat verərək, hazırda bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Tədbirdə çıxış edən sahibkarlar ölkəmizdə sənaye zonalarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün yaradılan biznes mühiti, həyata keçirdikləri investisiya layihələrindən danışıblar.

Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?