Birjalarda neft qiymətləri
Dünya birjalarında neft ucuzlaşıb.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,29 dollar azalaraq 73,85 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,35 dollar ucuzlaşaraq 69,16 dollar təşkil edib.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,16 dollar azalaraq 76,57 dollar olub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin ötən il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.