17 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Xidməti sahibkarlara müraciət edib

Son zamanlar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə standart nümunələrin və ölçmə vasitələrinin (cihaz, qurğu və avadanlıqların) idxalı ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi ilə bağlı çoxsaylı müraciətlər daxil olur.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid sahədə tətbiq edilən standart nümunələrin və ya ölçmə vasitələrinin tipi təsdiq edilməlidir. Tip təsdiq edilərkən onların dəqiqlik göstəriciləri, yoxlamalararası intervalı və yoxlama metodikası müəyyən edilir.

Standart nümunələrin və ya ölçmə vasitələrinin tipi keçirilən sınaqların müsbət nəticələri əsasında təsdiq edilir və tipi təsdiq edilmiş standart nümunələr və ya ölçmə vasitələri barədə məlumatlar Dövlət reyestrinə daxil edilir.

Qeyd edək ki, Dövlət reyestri daimi yenilənir və ictimaiyyətə açıqdır. Hüquqi və fiziki şəxslər hər hansı standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilib-edilməməsi barədə məlumatları Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun rəsmi internet saytının (http://metrology.az) Dövlət reyestri bölməsindən əldə edə bilərlər.

Eyni zamanda hüquqi və fiziki şəxslər tipi təsdiq edilməmiş standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi məqsədilə Azərbaycan Metrologiya İnstitutuna (http://metrology.az/index.php/component/sppagebuilder/83-elektron-m-raci-t) qanunvericiliklə müəyyən edilmiş qaydada müraciət edə bilərlər.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri