30 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Meyvə-tərəvəz ixracı 24 faizdən çox artıb

Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrə 241 967,98 min ABŞ dolları dəyərində 238 893,01 ton meyvə-tərəvəz ixrac edib.

"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə ixrac olunan meyvə-tərəvəzin dəyəri 10,3 faiz, həcmi isə 24,2 faiz artıb.

Qeyd edək ki, ixrac olunan meyvə-tərəvəz məhsulları əsasən tomat, meşə fındığı, alma, xurma, nar və kartof olub.

Hesabat dövründə 91 472,24 min dollar dəyərində 78 075,73 ton tomat ixrac edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq 0,4 faiz və 3 faiz üstələyir.

Cari ilin yanvar-may ayları ərzində 54 637,68 min dollar dəyərində (1,6 faiz çox) 11 080,09 ton (artım 15,7 faiz) meşə fındığı ixrac olunub.

Ölkədən həmçinin 20 904,82 min dollar dəyərində 32 281,91 ton alma ixrac olunub ki, bu göstərici üzrə dəyər olaraq 73,6 faiz, həcm olaraq isə 78,2 faiz artım müşahidə olunub.

Bu ilin yanvar-may aylarında ölkədən 14 750,09 min dollar dəyərində (50,3 faiz az) 20 261,14 ton (azalma 48,1 faiz) xurma ixrac olunub.

Hesabat dövründə nar ixracının dəyəri 3,3 dəfə artaraq 8 081,44 min dollar, həcmi isə 4 dəfə artaraq 6 208,39 ton təşkil edib.

Bu ilin ilk beş ayında ölkədən 23 381,37 min dollar dəyərində 52 838,92 ton kartof ixrac olunub ki, bu da illik ifadədə dəyər olaraq 57,7 faiz, həcm baxımından isə 58,5 faiz çoxdur.

VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?