6 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Çexiya şirkətləri  Qarabağa investisiya yatırmağa dəvət edilib

İqtisadiyyat nazirinin müavini, Azərbaycan Respublikası Hökuməti ilə Çex Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın həmsədri Sahib Məmmədov Çex Respublikası Parlamentinin Deputatlar Palatasının Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yan Kubik ilə görüşüb.

Nazirlikdən “vergiler.az”a verilən məlumata görə, iqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsi üçün potensialı diqqətə çatdıran nazir müavini Azərbaycan-Çexiya Qarışıq Komissiyasının bu baxımdan faydalı platforma olduğunu qeyd edib. Bu ilin mart ayında Komissiyanın Praqada keçirilən 5-ci iclası çərçivəsində təşkil edilmiş biznes konfrans və çex şirkətlərinin rəhbərləri ilə aparılmış müzakirələr işgüzar dialoqun inkişafına töhfə verib.

Bildirilib ki, ölkələrimiz arasında investisiya, ticarət, sənaye, innovasiya, nəqliyyat-tranzit və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar var. Bunlarla yanaşı, çex şirkətləri ilə Azərbaycanda mövcud olan sənaye zonaları, eləcə Ələt Azad İqtisadi Zonası çərçivəsində də əməkdaşlıq edilə bilər.

Yan Kubik Azərbaycan-Çexiya faydalı əməkdaşlığını qeyd edərək, əlaqələrin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb. Dostluq qrupunun rəhbəri sənaye, o cümlədən avtomobil sənayesi, nəqliyyat-tranzit və digər istiqamətlərdə tərəfdaşlıq üçün geniş imkanları diqqətə çatdırıb. Çexiyada Azərbaycanla əməkdaşlıqda maraqlı olan şirkətlərin fəaliyyət istiqamətləri barədə danışıb.

Görüşdə Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri barədə məlumat verilib, Çexiya şirkətləri Azərbaycana, o cümlədən Qarabağa investisiya yatırmağa dəvət edilib.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?