22 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Özbəkistan TDT ölkələri ilə sadələşdirilmiş gömrük dəhlizinin yaradılmasını təsdiqləyib

Özbəkistan TDT ölkələri ilə sadələşdirilmiş gömrük dəhlizinin yaradılmasını təsdiqləyib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında sazişin təsdiq edilməsi haqqında qərar imzalayıb.

“vergiler.az” Özbəkistan mətbuatına istinadən xəbər verir ki, saziş 2022-ci il noyabrın 11-də Səmərqənddə Özbəkistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə hökumətləri tərəfindən imzalanıb.

Sazişin icrasına cavabdeh olan səlahiyyətli orqan qismində Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Gömrük Komitəsi təyin edilib.

TDT ölkələrinin gömrük orqanları bu sazişin qüvvəyə minməsindən sonra altı ay davam edəcək pilot layihə təşkil edəcəklər. Pilot layihənin ilk üç ayı ərzində gömrük orqanları məlumat mübadiləsinin əsas texniki şərtlərini və əməkdaşlığın təşkili prosedurunu razılaşdırmalı, növbəti üç ay ərzində isə gömrük dəhlizinin praktiki icrasını həyata keçirməlidirlər.

VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı?