14 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan ilk dəfə olaraq Peruya polipropilen ixracına başlayıb

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “SOCAR Polymer” MMC-nin ixrac coğrafiyası genişlənir.

Agentlikdən “vergiler.az”a verilən məlumata görə, şirkət tərəfindən ilk dəfə olaraq Cənubi Amerika ölkəsinə - Peruya polipropilen (HB 0356 FR markalı polipropilen) ixrac edilib. Bu ölkəyə ilkin mərhələdə 90 ton məhsul göndərilib.

Qeyd edək ki, “SOCAR Polymer” MMC Sumqayıt Kimya Sənaye Parkının ən böyük investorlarından biridir və parkın ərazisində polipropilen və polietilen istehsal edir. Müəssisədə istehsal olunan məhsullar indiyədək dünyanın 10-dan çox ölkəsinə (Çin, Polşa, Nigeriya, Rumıniya, Qazaxıstan, Bolqarıstan, Türkiyə, Özbəkistan, Gürcüstan, Belarus, Rusiya, Ukrayna və s.) “Made In Azerbaijan” brendi ilə ixrac edilib.

VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?