24 May 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Yay Təcrübə Proqramı”nın qrup tapşırıqları mərhələsi keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən tələbələrin bilik, bacarıq və şəxsi inkişafına dəstək məqsədilə keçirilməsi nəzərdə tutulan Yay Təcrübə Proqramına hazırlıqlar davam edir.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, proqramda iştirak üçün tələbələr arasında seçimlərlə bağlı qrup tapşırıqları mərhələsi keçirilib. Bu mərhələdə ali təhsil müəssisələrinin 120-dan çox tələbəsi iştirak edib.

Qrup tapşırıqları startap ideyalar üzrə mövzuları əhatə edib. Tələbələr startap ideyanı biznes plan formasına salaraq ekspert komissiyasını layihənin uğurlu olduğuna inandırmağa çalışıblar. Dövlət Vergi Xidmətinin müşahidəçiləri tərəfindən tələbələrin qrup şəklində bu mövzuda qarşıya qoyulan müxtəlif tapşırıq və məsələləri həll etmək bacarıqları yoxlanılıb.

Qrup tapşırıqları mərhələsi üzrə seçilmiş tələbələr 7 gün müddətində Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində təşkil ediləcək yay düşərgəsinə qoşulacaqlar. Orada onlara DVX-nin təcrübəli əməkdaşları və kənar peşəkar təlimçilər tərəfindən vergi sahəsində və müvafiq səriştələr üzrə təlimlər təşkil olunacaq. Daha sonra tələbələr DVX-nın Bakıda və regionlarda yerləşən struktur bölmələrində 8 həftə müddətində istehsalat təcrübəsində iştirak edəcəklər.

DVX-də təşkil ediləcək Yay Təcrübə Proqramı sayca ikincidir. Layihə tələbələrin vergi sahəsində nəzəri və praktiki biliklər əldə etməsini, onların vergi xidmətinin işində praktiki iştirakını nəzərdə tutan, həmçinin gələcəkdə vergi orqanlarında karyera qurmaq imkanlarını dəstəkləyən inkişaf proqramıdır. 2-ci Yay Təcrübə Proqramının cari ilin iyul ayının 7-dən sentyabr ayının 8-dək keçirilməsi nəzərdə tutulur.

VergiKassa metodu ilə çalışan sahibkar üçün gəlirin əldə edilməsi vaxtı necə tənzimlənir? VergiHansı halda həyatın yığım sığortası üzrə sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərqdən vergi tutulur? VergiFermer təsərrüfatında çalışan işçilərin vergi və sosial ödənişləri necə hesablanır? VergiMəcburi köçkünlərə vergi güzəşti və tələb olunan sənədlər VergiFiziki şəxs işçilərin əməkhaqqını nağd qaydada ödəyə bilərmi? VergiTeatr tamaşası üçün alınan biletə görə ƏDV-nin bir hissəsinin geri alınması VergiƏcnəbilər ƏDV-ni geri ala bilərlərmi? Vergiİşçinin müalicəsi üçün tibb müəssisəsinə ödənilən məbləğ gəlirdən çıxılırmı? VergiƏvəzləşdirilməyən ƏDV qeyri-maddi aktivlərin dəyərini artıran xərc kimi qəbul edilə bilərmi? VergiVÖEN yenidən aktivləşdikdə vergi ödəyicisinin hansı öhdəlikləri yaranır?