15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Tatarıstanla sənaye zonalarında birgə layihələrin həyata keçirilməsi müzakirə edilib

Rusiya Federasiyasının Tatarıstan Respublikasının “Ximqrad” SC-nin baş direktoru Ayrat Qizzatullin və “İdeya Kapital” İdarəetmə şirkətinin baş direktoru Aleksey Qruşinlə İqtisadi Zonaları İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev arasında görüş keçirilib.

Agentlikdən “vergiler.az”a verilən məlumata görə, Sumqayıt Kimya Sənaye Parkında baş tutan görüşdə qonaqlara sənaye zonaları, burada sahibkarlar üçün yaradılan investisiya imkanları barədə məlumat verilib, sənaye zonalarının təqdimatı nümayiş etdirilib.

Görüş çərçivəsində sənaye zonalarında birgə layihələrin həyata keçirilməsi, mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, sənaye parklarının təşkili, idarə edilməsi və inkişafı sahəsində məlumat və təcrübə mübadiləsinin aparılması imkanları müzakirə edilib, “Ximqrad” SC-yə daxil olan sənaye parkının rezidentləri ölkəmizdə fəaliyyət göstərən sənaye zonalarına investisiya yatırmağa dəvət edilib.

Sonda qonalar Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidentləri “Azerfloat” QSC-nin Şüşə istehsalı müəssisəsində, “STP” MMC-nin Polimer məmulatları və Ağır maşınqayırma zavodlarında gedən istehsal prosesləri ilə tanış olublar.

Qeyd edək ki, cari ilin 28 aprel tarixində “Ximqrad” Səhmdar Cəmiyyəti ilə İqtisadi Zonaların İnkişafı Agentliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?