15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan Ulyanovskda ticarət evi açmaqda maraqlıdır

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Rusiya Federasiyasının Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkix ilə Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev arasında görüş keçirilib.

“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı xəbər verir ki, bu barədə Ulyanovsk qubernatoru öz sosial şəbəkə hesabında məlumat verib.

Görüşdə ticarət əlaqələrinin inkişafı, birgə layihələrin həyata keçirilməsi, yeni logistik həllər və ticarət nümayəndəliklərinin yaradılması məsələləri müzakirə edilib. “Biz yeni logistika qurmağa davam edirik və “Orta Volqa – Xəzər dənizi – Fars körfəzi” layihəsinin həyata keçirilməsində birgə iştirak etmək bizim üçün vacibdir. Layihə çərçivəsində əsas vəzifəmiz sabit ixracı təmin etmək üçün yükalanları və yükgöndərənləri cəlb etməkdir. Ümid edirəm ki, Azərbaycan layihənin həyata keçirilməsində fəal iştirak edəcək”, - deyə A.Russkix qeyd edib.

Öz növbəsində R.Əliyev görülən işlərin xüsusi əhəmiyyətini qeyd edib və ölkəmizin logistika layihəsinin həyata keçirilməsinə marağını ifadə edib. Onun sözlərinə görə, Azərbaycan qonşu ölkələrə malların paylanması üçün HUB-a çevrilə bilər.

“Bizim tərəfimizdən Azərbaycandan keçən məhsullar üçün qovşağın yaradılması anlayışı var ki, onlar çeşidlənərək bütün regionda paylansın”, - deyə ticarət nümayəndəsi bildirib.

R.Əliyevin sözlərinə görə, Azərbaycan tərəfi Ulyanovsk vilayətində ticarət evinin açılmasında maraqlıdır və ilkin mərhələdə bu, müştəriləri məhsullarla tanış edəcək stendlər ola bilər.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?