16 May 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qeyri-formal məşğulluğa qarşı tədbirlər gücləndiriləcək

Azərbaycanın yeni strateji inkişaf mərhələsində milli iqtisadiyyatın rəqabət qabiliyyətinin və maliyyə dayanıqlılığının gücləndirilməsi, dinamik inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin formalaşdırılması, ölkənin rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanına çevrilməsi, azad edilmiş ərazilərin sürətli reinteqrasiyası kimi məsələlər hədəflənir.

"vergiler.az" xəbər verir ki, bunu “2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik” mövzusunda keçirilən İkinci DİM Dialoqunun Gündəliyində çıxış edərkən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

S.Məmmədovun sözlərinə görə, strategiyanın icrası nəticəsində ölkə iqtisadiyyatının hər il orta hesabla 3-4 faiz artması, qeyri-neft-qaz ÜDM-nin illik orta hesabla 5 faiz artımı, habelə özəl sektorun iqtisadiyyatda payının 88 faizə çatdırılması əsas hədəflərdəndir.

"Xüsusilə regionlarda kiçik və orta sahibkarlığın, eləcə də özünüməşğulluğun inkişafına zəruri şərait yaradılmaqla əhali qrupları üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olunacaq",- deyə nazir müavini qeyd edib.

O əlavə edib ki, bununla yanaşı, qeyri-formal məşğulluğa qarşı zəruri qabaqlayıcı və nəzarət tədbirləri gücləndiriləcək. Qadınların iqtisadi imkanlara çıxışı yaxşılaşdırılacaq: “Qadınların cəmiyyətdə iqtisadi fəallığının artırılması istiqamətində genişmiqyaslı tədbirlər nəzərdə tutulur",- deyə S.Məmmədov bildirib.

VergiFermer təsərrüfatında çalışan işçilərin vergi və sosial ödənişləri necə hesablanır? VergiMəcburi köçkünlərə vergi güzəşti və tələb olunan sənədlər VergiFiziki şəxs işçilərin əməkhaqqını nağd qaydada ödəyə bilərmi? VergiTeatr tamaşası üçün alınan biletə görə ƏDV-nin bir hissəsinin geri alınması VergiƏcnəbilər ƏDV-ni geri ala bilərlərmi? Vergiİşçinin müalicəsi üçün tibb müəssisəsinə ödənilən məbləğ gəlirdən çıxılırmı? VergiƏvəzləşdirilməyən ƏDV qeyri-maddi aktivlərin dəyərini artıran xərc kimi qəbul edilə bilərmi? VergiVÖEN yenidən aktivləşdikdə vergi ödəyicisinin hansı öhdəlikləri yaranır? VergiMüəlliflik hüququndan istifadəyə görə verilən royalti ödənişlərindən vergi tutulurmu? VergiFəaliyyətini müvəqqəti dayandıran vergi ödəyicisinin öhdəlikləri