19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elektrik enerjisinin istehsalı 5,6 faiz artıb

Bu ilin yanvar-may ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda elektrik enerjisi istehsalı 5,6 faiz artaraq 11 886,5 milyon kilovat saat təşkil edib.

vergiler.az” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “Twitter” hesabında yazıb.

Nazir bildirib ki, hesabat dövründə İstilik Elektrik Stansiyaları üzrə 11 055,1 milyon kilovat saat, su da daxil olmaqla bərpa olunan mənbələrdən 831,4 milyon kilovat saat elektrik enerjisi istehsal edilib.

Külək elektrik stansiyalarında (KES) 26,4 milyon kilovat saat, günəş elektrik stansiyalarında (GES) 25,4 milyon kilovat saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 107,3 milyon kilovat saat elektrik enerjisi istehsal edilib.

Cari ilin ilk beş ayında ölkədə istehsal edilən elektrik enerjisinin 1253,7 milyon kilovat saatı ixraca yönəldilib. Qeyd edilən dövrdə ölkəyə idxal edilən elektrik enerjisinin həcmi isə 50,3 milyon kilovat saat təşkil edib.

VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?