15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İZİA ilə Ələt Azad İqtisadi Zonası arasında qarşılıqlı təcrübə mübadiləsi aparılacaq

İyunun 12-də İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) təşkilatçılığı ilə Ələt Azad İqtisadi Zonasının (AFEZ) səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərovun Sumqayıt Kimya Sənaye Parkına tanışlıq səfəri təşkil edilib.

Sənaye parklarının rezidentlərinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev sənaye zonalarında investorlar üçün yaradılan imkanlar, İZİA ilə AFEZ arasında əməkdaşlıq prespektivləri barədə məlumat verib.

Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov AFEZ iqtisadi zonasında rezidentlərin qeydiyyat prosedurları, investorlar üçün tətbiq edilən fiskal və qeyri-fiskal imtiyazlardan danışıb, sənaye zonalarının rezidentlərini AFEZ-in rezidentləri ilə əməkdaşlıq əlaqələri qurmağa dəvət edib.

Görüş çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Ələt Azad İqtisadi Zonası arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılması, İZİA-nın idarəçiliyində olan sənaye zonalarının məlumat lövhəsinin Ələt Azad İqtisadi Zonasında yerləşdirilməsi və s. məsələlər müzakirə edilib.

Sonda AFEZ səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidenti “STP” MMC-nin Elektrik avadanlıqları və Kabel zavodlarında gedən istehsal prosesi ilə tanış olub.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?