19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Taxıl və taxıl məhsullarına aid yeni dövlət standartları qəbul edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən türk standartları əsasında AZS TS 13412:2023 “Dəmirlə zənginləşdirilmiş buğda unu”, AZS TS 3997:2023 “Çəltik” dövlət standartları qəbul edilib.

İnstitutdan “vergiler.az”a verilən məlumata görə, buğda ununun tərkibində dəmirin çatışmazlığı insanlarda müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Unun tərkibinin zənginləşdirilməsi əhalinin sağlamlığını möhkəmləndirməyə, məhsulun keyfiyyətini və qida dəyərini artırmağa xidmət edir. AZS TS 13412:2023 “Dəmirlə zənginləşdirilmiş buğda unu” standartı dəmirlə zənginləşdirilmiş buğda ununu əhatə edir.

“Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” üzrə qarşıya qoyulmuş vəzifələr uğurla yerinə yetirilir. Respublikamızda çəltik istehsalı kənd təsərrüfatında vacib sahələrdən biri olduğundan bu sahədə məhsuldarlığın daha da artırılması, keyfiyyətinin yaxşılaşdırılması, beynəlxalq standartlara uyğunlaşdırılması, istehlakçılarda etibarın formalaşdırılması və həmin məhsulun keyfiyyəti haqqında dəqiq informasiya əldə etməsini təmin etmək məqsədi ilə yeni dövlət standartının qəbul edilməsinə ehtiyac yaranıb.

Yeni dövlət standartları “Taxıl və taxıl məhsulları”nın standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 30) müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?