14 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dövlət-Özəl Tərəfdaşlıq Yol Xəritəsinin hazırlanması müzakirə olunub

Dövlət-Özəl Tərəfdaşlıq Yol Xəritəsinin hazırlanması müzakirə olunub

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində (AİBNDX) Asiya İnkişaf Bankının (AİB) nümayəndə heyəti ilə görüş keçirilib.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, görüşdə AİB-in Dövlət-Özəl Tərəfdaşlıq Ofisi tərəfindən 2024-2028-ci illər üçün Ölkə Tərəfdaşlıq Strategiyası çərçivəsində Azərbaycanın Dövlət-Özəl Tərəfdaşlıq Yol Xəritəsinin hazırlanmasına dair fikir mübadiləsi aparılıb. Bundan əlavə, dövlət satınalmalarının effektiv planlaşdırılması və icrası, vahid internet portalı vasitəsilə hökumətin satınalma planları, tenderdə iştirak imkanlarına dair müzakirələr həyata keçirilib.

Sonda keyfiyyət infrastrukturu sahəsində insan resurslarının və institusional potensialın artırılması istiqamətində Asiya İnkişaf Bankı ilə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?