8 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İş günü hesab edilməyən bayram günləri görülən işə görə əməkhaqqı necə ödənilməlidir?

Nazirlər Kabinetinin 25 may 2023-cü il tarixli 164 nömrəli qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilib. Beləliklə 24 iyun (şənbə) və 25 iyun (bazar) iş günləri, 26, 27, 28, 29 və 30 iyun isə qeyri-iş günləri olacaq. Dəyişiklik 26 iyun Azərbaycanın Silahlı Qüvvələri Günü, 28 və 29 iyun isə Qurban Bayramı günləri ilə bağlıdır. Qərarla beşgünlük iş qrafiki ilə çalışanlarda 7 gün ardıcıl iş olmayacaq. Bəzi müəssisələrdə isə həmin günlərdə işçilər çalışacaqlar. Bəs buna görə onlara ediləcək ödənişlər necə hesablanacaq? “vergiler.az”ın sualına əmək qanunvericiliyi eksperti Nüsrət Xəlilov aydınlıq gətirir.

Bu qərar Əmək Məcəlləsinin 105-ci maddəsində müəyyən olunmuş normaya uyğun qəbul edilib. Həmin maddədə göstərilib ki, bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bu iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər.

Qanunvercilikdə müəyyən olunmuş hallarda müəssisələr işçiləri bayram və istirahət günləri işə cəlb edə bilərlər. Maraqlı məsələlərdən biri də bayram və iş günü hesab edilməyən istirahət günlərində işə cəlb edilmiş işçilərin əməyinin hansı formada ödənilməsidir.

İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqının ödənilməsi Əmək Məcəlləsinin 164-cü maddəsində müəyyən olunmuş formada həyata keçirilməlidir:

1. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir:

  • əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla;
  • əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla;
  • aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.

2. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.

Misal 1. İs­­­teh­­­sa­­­lat zə­­­ru­­­rə­­­ti ilə əla­­­qə­­­dar ola­­­raq iş­­­çi 28 və 29 iyun tarixlərində iki bayram günü işə cəlb edil­­­ib. Bağ­­­lan­­­mış əmək mü­­­qa­­­vi­­­lə­­­sin­­­də be­­­lə hal­­­lar­­­da iş­­­çi­­­yə gün­­­də­­­lik ta­­­rif ma­­a­­­şı­­­nın iki mis­­­li məb­­lə­­ğin­­də əla­­və ödə­­nil­­mə­­si razılaş­­­dı­­­rıl­­­ıb (bundan ar­­­tıq da ola bi­­­lər). İş­­­çi­­­nin ta­­rif ma­a­­şı 800 ma­­­nat­­­dır. İyun ayında işçinin iki gün bayram günündə işə cəlb edildiyini nəzərə alaraq iyun ayı üzrə əməkhaqqının hesablanmasına nəzər salaq.

Fərz edək ki, iyun ayın­­­da­­­kı iş gün­­­lə­­­ri­­­nin sa­­­yı 18 gün­­­dür. İki gün bay­­­ram günlərində işə cəlb edil­­­di­­­yi üçün iş­­­çi­­­nin iyun ayın­­­da ala­­­ca­­­ğı əməkhaq­­­qı aşa­­­ğı­­­da­­­kı şə­­­kil­­­də ola­­­caq­­­:

Bir iş gününə düşən tarif maaşı: 800 manat :18 iş gü­­­nü = 44,44 manat;

Bir istirahət günü işlədiyinə görə əlavə: 44,44 manat x 2 əmsal = 88,88 manat

İki istirahət günü işlədiyinə görə əlavə: 88,88 manat x 2 gün = 177,78 manat

İyun ayı üzrə cəmi əməkhaqqı: 800 manat + 177,78 manat = 977,78 manat

De­­­mə­­­li, həmin işçi iyun ayın­­­da 2 gün bay­­­ram gün­­­ündə iş­­­lə­­­di­­­yi üçün 177,78 manat əla­­­və əməkhaq­­­qı ala­­­caq­. İş­­­çi­­­nin is­­­tə­­­yi­­­nə uy­­­ğun ola­­­raq, əla­­­və əməkhaq­­­qı əvə­­­zi­­­nə ona baş­­­qa is­­­ti­­­ra­­­hət gü­­­nü (əvəz­­­gün) də ve­­­ri­­­lə bi­­­lər.

Misal 2. Ve­­­lo­­­si­­­ped is­­­teh­­­sa­­­lı mü­­­əs­­­si­­­sə­­­sin­­­də ça­­­lı­­­şan iş­­­çi­­­yə de­­­tal­­­lar­­­dan yığ­­­dı­­­ğı hər ve­­­lo­­­si­­­pe­­­də gö­­­rə 7 ma­­­nat əməkhaq­­­qı he­­­sab­­­la­­­nır. İyun ayın­­­da iş­­­çi öz ra­­­zı­­­lı­­­ğı və işəgö­­­tü­­­rə­­­nin əm­­­ri ilə 2 is­­­ti­­­ra­­­hət gü­­­nündə işə çıx­­­ıb. Ona nə qə­­­dər əməkhaq­­­qı hesabla­­­na­­­caq­? Tutaq ki, həmin işçi iyun ayın­­­da 100 ədəd, iki is­­­ti­­­ra­­­hət gü­­­nün­­­də isə 24 ədəd ve­­­lo­­­si­­­ped ha­­­zır edib.

İş­­­çi­­­nin iyun ayı üz­­­rə əsas ma­­a­­­şı: 100 ədəd x 7 manat = 700 manat;

İs­­­ti­­­rah­­­ət gü­­­nü­n­­də iş­­­lə­­­di­­­yi­­­nə gö­­­rə əlavə: (24 ədəd x 7 manat) x 2 = 336 manat;

İyun ayı üzrə cəmi maaş: 700 + 336 = 1036 manat.

Misal 3. İş­­çi­­nin gün­­də­­lik əməkhaq­­qı nor­­ma­­sı 30 ma­­natdır. 2023-cü ilin iyun ayı­­nın is­­teh­­sa­­lat təq­­vi­­mi­­nə gö­­rə iş gün­­lə­­ri­­nin sa­­yı 18 gün­­dür. İş­­çi Qurban Bay­­ra­­mın­­da iki gün işə cəlb edilib. Əmək mü­­qa­­vi­­lə­­sin­­də bay­­ram vax­­tı işə cəlb edil­­di­­yi vax­­ta gündə­­lik ta­­rif ma­a­­şı­­nın iki­­qat ödə­­nil­­mə­­si öz təs­­di­­qi­­ni tapıb. İş­­çi iyun ayın­­da nə qə­­dər əməkhaq­­qı ala­­ca­­q?

İyun ayı üzrə əsas əməkhaqqı: 30 ma­­nat x 18 iş gü­­nü = 540 ma­­nat

İki bayram gününə görə əlavə əməkhaqqı: (30 ma­­nat x 2 iş gü­­nü) x 2 = 120 manat

İyun ayı üzrə cəmi əməkhaqqı: 540 manat + 120 manat = 660 manat.

Be­­lə­­lik­­lə, iş­­çi iyun ayın­­da bay­­ram vax­­tın­­da iş­­lə­­di­­yi­­nə gö­­rə 660 ma­­nat əməkhaq­­qı ala­­caq­­dır.

Qeyd edək ki, əməkhaqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?