17 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Seulda Azərbaycan-Koreya biznes-forumu keçirilib

7 iyun tarixində Seulda Azərbaycan-Koreya biznes-forumu keçirilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və Koreya Beynəlxalq Ticarət Assosiasiyasının (KITA) birgə təşkilatçılığı ilə keçirilən biznes-forumda İT, energetika, inşaat, maşınqayırma, kimya sənayesi, səhiyyə, əczaçılıq və digər sahələrdə fəaliyyət göstərən Koreya şirkətləri iştirak edib.

Komissiyanın Azərbaycan tərəfindən həmsədri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov forumda çıxış edərək bu kimi tədbirlərin iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi və qarşılıqlı investisiyalar üçün yeni imkanlar yaranacağına əminliyini vurğulayıb. Ələt Azad İqtisadi Zonasında, eləcə də Azərbaycanın digər sənaye və texnologiya parklarında tətbiq olunan güzəştlər barədə koreyalı sahibkarlara məlumat verilib, Koreya şirkətləri fəal əməkdaşlığa dəvət edilib.

Forumda Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumu və AZPROMO tərəfindən təqdimatlar edilib. Təqdimatlar zamanı işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur layihələri və Azərbaycanda investisiya imkanları barədə iştirakçılara geniş məlumat verilib.

Tədbirdə həmçinin B2G formatında görüşlər keçirilib.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri