6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dünya Bankı Azərbaycanda ÜDM artımının sürətlənəcəyini proqnozlaşdırır

Dünya Bankı Azərbaycanda ÜDM artımının sürətlənəcəyini proqnozlaşdırır

Dünya Bankı 2023-cü ildə Azərbaycanda ÜDM-in 2,2 faiz artacağını proqnozlaşdırır.

“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı xəbər verir ki, bu barədə Dünya Bankının “Qlobal İqtisadi Perspektivlər” hesabatında bildirilir.

Bank analitikləri yaxın iki ildə ölkəmizin iqtisadi artımının daha da sürətlənəcəyini və müvafiq olaraq 2,5 faiz və 2,6 faiz təşkil edəcəyini gözləyirlər.

Hesabatda qlobal iqtisadi artımın kəskin şəkildə yavaşladığı, inkişaf etməkdə olan bazarlarda və inkişaf etməkdə olan iqtisadiyyatlarda yüksək qlobal faiz dərəcələri fonunda maliyyə gərginliyi riskinin artdığı qeyd olunur.

Qlobal iqtisadi artımın 2022-ci ildəki 3,1 faizdən 2023-cü ildə 2,1 faizə qədər yavaşlaması proqnozlaşdırılır. Çin istisna olmaqla, ölkələr üzrə bu il artımın 2,9 faizə qədər yavaşlaması gözlənilir (ötən il bu göstərici 4,1 faiz təşkil edib). Proqnozlar hesablamalara geniş miqyasda aşağıya doğru yenidən baxılmasını əks etdirir.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?