23 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan istehsalçılarına Rusiyanın böyük pərakəndə satış şəbəkəsinə çıxış təklif edilib

Azərbaycan istehsalçılarına Rusiyanın böyük pərakəndə satış şəbəkəsinə çıxış təklif edilib

Azərbaycan istehsalçılarına məhsullarını Rusiyanın aparıcı pərakəndə satış şəbəkələrindən biri sayılan "X5 Group"un xüsusi rəflərində təqdim etmək təklif olunur.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) “vergiler.az”a verilən məlumata görə, "MDB-nin İqtisadi İnkişafı üzrə Biznes Mərkəzi" Assosiasiyasının Rusiyanın aparıcı pərakəndə satış şəbəkələrindən biri olan "X5 Group" ilə imzaladığı malların rəflərə sadələşdirilmiş çıxışı hesabına keyfiyyətli məhsul çeşidinin artırılması haqqında razılaşmaya əsasən, Assosiasiya MDB ölkələrindən olan məhsulların brendləşmiş rəflərini təşkil edir.

Rəflər kassa zonasında, maksimum istehlakçı aktivliyi müşahidə olunan yerlərdə yerləşir. Brendləşmiş rəfdə məhsulların qalma müddəti 90 gündür. Sözügedən müddətin nəticələrinə görə, istehsalçı ilə pərakəndə satış şəbəkəsi arasında birbaşa müqavilə imzalanması barədə qərar qəbul olunacaq.

Qeyd edək ki, xüsusi beynəlxalq proqramda iştirak etmək üçün məhsulları sözügedən rəflərdə təqdim olunacaq 20 istehsalçı seçiləcək. Proqramda iştirak etmək istəyən sahibkarlar AZPROMO-ya müraciət edə bilərlər.

Əlaqələndirici şəxs: Orxan Mustafayev;

Tel.: (+994 12) 598-01-47 / 48 (daxili 3665);

E-mail: [email protected].

"X5 Group"un Azərbaycanla kənd təsərrüfatı sektorunda tərəfdaşlığın perspektivlərini əks etdirən analitik təqdimatla qeyd olunan səhifədən (https://u.to/gEm2Hw) tanış olmaq olar.

VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı?