19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mənfəətin bölgüsü üsulu nədir?

"vergiler.az"ın sualına maliyyə və vergi eksperti Rəşad Məmmədov aydınlıq gətirir.

Vergi Məcəlləsinin 14-1.1.4-ci maddəsinə əsasən, ayrı-ayrı əməliyyatlar haqqında müqayisə edilə bilən məlumatlar mövcud olmadıqda və (və ya) rəsmi və açıq mənbələrdən malların (işlərin, xidmətlərin) bu Məcəllənin 14-1.2-ci maddəsində göstərilən şəxslər istisna olmaqla, digər şəxslər arasında təqdim edilmə qiyməti barədə məlumat əldə etmək mümkün olmadıqda, transfer qiyməti mənfəətin bölgüsü üsuluna əsasən müəyyənləşdirilir. Mənfəətin bölgüsü üsulu bu Məcəllənin 14-1.2-ci maddəsində göstərilən şəxslər arasında əməliyyatlar aparıldığı zaman tərəflərdən hər birinin həmin əməliyyatlardan əldə etdiyi mənfəətin həmin şəxslər arasında bu maddəyə əsasən bölüşdürülməsidir.

Mənfəətin bölgüsü üsulu - əməliyyatdan əldə edilən mənfəəti müəyyən edir ki, bu da sövdələşmə iştirakçıları arasında bölüşdürülməlidir. Mənfəətin bölgüsü üsulundan istifadə edilərkən hesabat dövrü ərzində sövdələşmə iştirakçıları arasında əldə edilən ümumi mənfəət, bu ümumi mənfəəti əldə etmək üçün onların hər birinin qoyuluşlarından asılı olaraq bölüşdürülür. Qoyuluşların dərəcəsi iqtisadi əsaslandırmaya, funksional təhlilə, risklərə, iştirakçıların xərclərinə uyğun müəyyən edilir.

Misal: Azərbaycan Respublikasının rezidenti olan "A" şirkəti xarici şirkətin törəmə müəssisəsidir. Şirkət istehsal avadanlıqlarını yığmaq üçün ana şirkətdən dəstinin dəyəri 200 ABŞ dolları olan ehtiyat hissəsi alır. Bu ehtiyat hissəsindən alınan məhsulu isə Türkiyə Cumhuriyyətində aidiyyəti olmayan şirkətə 240 dollara satır. Hər dəstin yığılması üçün "A" şirkətinin əməliyyat xərci 15 dollardır. Bu halda sövdələşmə iştirakçıları arasında bölüşdürüləcək mənfəət belə hesablanacaq:

(240 - 200 - 15) / 240 x 100 = 10,41%.

“A” şirkəti faktor təhlili aparır və oxşar işləri yerinə yetirən 4 müstəqil istehsal müəssisəsi arasında mənfəətin (zərərin) bölüşdürülmə faizini müəyyən edir. Bununla da “A” şirkətinin mənfəət (və ya zərər) bölgüsü faizinin bazarda olduğu kimi oxşar layihələr üçün bazar qiyməti olduğu müəyyən olunur.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?