15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkar Günel Sadıqova: “Sərgilərdə iştirak satış imkanlarımızı genişləndirir”

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin strukturundakı KOB inkişaf mərkəzlərinin təşkil etdikləri təlimlərdən 2023-cü ilin əvvəlindən bəri 1.000-ə yaxın qadın sahibkar, eləcə də sahibkarlıq fəaliyyətinə başlamaq istəyən qadın yararlanıb. Doqquz qadın sahibkara təqdim etdikləri layihə çərçivəsində qrant, 10-dan artıq qadın sahibkara isə “Startap” şəhadətnaməsi verilib. Bu şəhadətnamə onları 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edir. Bundan əlavə, sahibkarlara Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) da dəstək verir.

Fransada dizayner təhsili alan Günel Sadıqova xaricdə interyer dizaynı sahəsində çalışıb. Sonradan Azərbaycana qayıdaraq burada öz biznesini qurmağa qərar verən G.Sadıqova biznesə yeni başlasa da, dövlət və ictimai qurumların qayğısını hiss etdiyini deyir:

“Hazırda moda aksesuarlarının dizaynı ilə məşğulam. Bijuteriya dizayn edir və satışa hazırlayıram. Hələlik çox xırda işlərdən başlamışıq, gələcəkdə bunu Azərbaycan adından bir markaya çevirməyi düşünürəm. İşə yeni başlayanda KOBSKA mənə böyük dəstək oldu. Sərgilərdə iştirakıma şərait yaratdılar. Bu isə satış imkanlarımızı genişləndirir”.

G.Sadıqova hazırda xaricdəki müştərilərinə də məhsul sata bilir. Xaricdə Azərbaycan məhsullarına tələbat olduğunu deyən sahibkar sifariş əsasında işlədiyini bildirib. Onun sözlərinə görə, əcnəbilər daha çox klassik dizaynlara üstünlük verirlər.

Xammalla təchizata gəlincə, G.Sadıqova daha çox yerli materiallardan, daşlardan yararlandığını bildirib.

G.Sadıqova Azərbaycan sənətini, mədəniyyətini xaricdə tanıtmaq və bunun üçün beynəlxalq sərgilərə qoşulmaq niyyətində olduğunu vurğulayıb.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?