18 Noyabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Beynəlxalq standartların tətbiqi mövzusunda seminar keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təşkilatçılığı ilə Avropa İttifaqının (Aİ) TAIEX layihəsi çərçivəsində “ISO 37001 Rüşvətxorluğa qarşı idarəetmə sistemləri – Təlimatlarla birgə tələblər” beynəlxalq standartının tətbiqi mövzusunda seminar keçirilib.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, görüşdə iştirakçılara Azərbaycanda korrupsiyaya qarşı sistemli mübarizə, idarəetmədə şəffaflığın təmin edilməsi, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, hesabatlılığın artırılması, biznes mühitinin əlverişliliyinin daha da yüksəldilməsi və ictimai nəzarətin gücləndirilməsi istiqamətlərində uğurla həyata keçirilən tədbirlər barədə məlumat verilib.

İki gün davam edən seminarda məqsəd iştirakçıların antikorrupsiya və rüşvətxorluğa qarşı idarəetmə sistemi haqqında nəzəri bilik və texniki bacarıqlarını təkmilləşdirmək, həmçinin ictimai nəzarət altında ədalətli, şəffaf, təhlükəsiz, açıq və etik tədbirləri görmək, təşviq etmək və həyata keçirmək məqsədilə məlumatlılığını artırmaq olub.

Seminar Aİ-nin ekspertləri - Litvanın Xüsusi Araşdırma Xidmətinin Fəaliyyətin idarəedilməsi şöbəsinin müdir müavini Edvinas Chorostinas və Litvanın Kazimieras Simonavisius Universitetinin, Milli Antikorrupsiya Assosiasiyasının əməkdaşı, ISO 37001:2016 üzrə beynəlxalq ekspert, auditor və məsləhətçi Raimundas Kalesnykas tərəfindən keçirilib.

Seminarda İqtisadiyyat Nazirliyi, Nazirliyin tabeliyində olan qurumlar və digər dövlət qurumlarının, müəssisə və təşkilatların 30-dan çox nümayəndəsi iştirak edib.

VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar? VergiSuvenirlər, aksesuarlar hazırlayan fiziki şəxsin vergi öhdəlikləri VergiRezident ASC qeyri-rezidentin xidmətləri üzrə ödəməli olduğu ƏDV-ni hesablayıb ödəməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan sahibkar 75 faizlik vergi güzəştindən yararlana bilərmi?