17 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Çinin biznes dairələri ilə əməkdaşlıq münasibətləri inkişaf edir

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin “Envision Energy” şirkətinin beynəlxalq işlər üzrə vitse-prezidenti Con Li ilə görüşüb.

Nazirlikdən “vergiler.az”a verilən məlumata görə, nazir Çinin biznes dairələri ilə əməkdaşlıq münasibətlərinin inkişaf etdiyini vurğulayıb, ölkəmizin işgüzar mühiti, investorlar üçün yaradılan imkanlar barədə məlumat verilib. Qeyd olunub ki, enerji səmərəliliyinin artırılması, bərpa olunan enerji sahəsinin inkişafı ölkəmizin əsas prioritetlərindəndir. Ölkəmizdə bu sahədə ixtisaslaşan müəssisələrin qurulması məqsədilə tərəfdaşlıq üçün geniş imkanlar var.

Görüşdə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində yeni texnologiyaların tətbiqi, resurslardan səmərəli istifadə üçün innovativ mexanizmlər, sıfır emissiyalı sənaye parkının yaradılması və əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.

Qeyd edək ki, Çinin “Envision Energy” şirkəti 2007-ci ildə yaradılıb və külək turbini istehsalı üzrə ixtisaslaşıb. Şirkət Çin və digər ölkələrdə külək, günəş və hidrogen enerjisi istehsalı layihələrində iştirak edir. “Envision Energy” “yaşıl” texnologiyaların inkişafı məqsədilə dünyanın bir sıra ölkələrində elmi-tədqiqat və mühəndislik mərkəzləri şəbəkəsi yaradıb.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri