16 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan, Özbəkistan və Qazaxıstan metrologiya sahəsində əməkdaşlığı genişləndirir

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Metrologiya İnstitutunun nümayəndələri Astana şəhərinə səfər ediblər.

İnstitutdan “vergiler.az”a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Qazaxıstanda metrologiya sahəsinin 100 illiyi münasibətilə keçirilən “Ölçmələr qlobal etimadın əsası kimi” beynəlxalq elmi-praktik konfransda iştirak edib.

Konfrans çərçivəsində iştirakçı dövlətlər Avrasiya Ölkələrinin Dövlət Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatının (COOMET) 34-cü iclasına qoşulublar. İclasda rəqəmsal həllərin tətbiqi, ekspertlərin hazırlanması, sahə üzrə əməkdaşlıq sazişləri və yol xəritələri müzakirə edilib, iştirakçı ölkələrdə metrologiya sisteminin inkişafı üçün strategiya və tövsiyələr təklif olunub.

Tədbir zamanı Özbəkistan Milli Metrologiya və Qazaxıstan Standartlaşdırma və Metrologiya İnstitutları ilə Azərbaycan Metrologiya İnstitutu arasında əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritələri imzalanıb. Sənədlərə əsasən, tərəflər arasında yeni etalonların alınması, ölçmə vasitələrinin tipinin təsdiqi, sınaq və kalibrlənmə metodikalarının hazırlanması, metrologiya sahəsində resurslardan səmərəli istifadə, bilik və qabaqcıl təcrübə mübadiləsi, birgə təlimlər və digər sahələrdə əməkdaşlıq ediləcək.

VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı?