8 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bələdiyyə torpaqlarının idarə edilməsi sahəsində məsələlər müzakirə olunub

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin nümayəndələri ilə görüş keçirilib.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, görüşdə bələdiyyə torpaqlarının idarə edilməsi sahəsində qarşıya çıxan məsələlər və onların həlli istiqamətində qurumlararası əməkdaşlığın genişləndirilməsi, bu sahədə işçi qruplarının fəaliyyətinin intensivləşdirilməsi məsələləri müzakirə edilib. Bununla yanaşı, bələdiyyə torpaqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı, torpaq sahələrinin ayrılmasına dair rəyin verilməsi, icarəyə verilmiş bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin, xüsusilə kənd təsərrüfatı təyinatlı torpaqların təyinatına uyğun istifadə edilməməsi halları ilə bağlı tədbirlər, mülkiyyətə və ya icarəyə verilən bələdiyyə torpaqlarının qiymətləndirilməsi və digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?