12 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Türkiyə Rəqabət Qurumunun nümayəndələri ilə görüş keçirilib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində (AİBNDX) Türkiyə Rəqabət Qurumunun mütəxəssisləri ilə görüş keçirilib.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, görüş zamanı Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli qurumun fəaliyyət istiqamətləri, xüsusilə rəqabətin təmin edilməsi sahəsində görülən işlər barədə məlumat verib. Bundan əlavə, iki ölkənin müvafiq qurumları arasında əməkdaşlıq əlaqələrinin inkişafı müzakirə olunub.

Səfər çərçivəsində Türkiyə Rəqabət Qurumunun mütəxəssisləri tərəfindən Dövlət Xidmətinin aidiyyəti sahələr üzrə çalışan əməkdaşları üçün seminar keçirilib. Dörd gün davam edən seminarda iştirakçılar müəssisələrarası müqavilələr, hökmran mövqedən sui-istifadə, qanun pozuntularının növləri, sübut olunma meyarları və digər mövzularda məlumatlandırılıb.

Qeyd edək ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində 25 fevral 2020-ci il tarixində Bakı şəhərində "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Türkiyə Rəqabət Qurumu arasında rəqabət siyasəti sahəsində əməkdaşlıq Protokolu" imzalanıb.

Memorandumda araşdırmalar sahəsində rəqabət qaydalarının pozulması, rəqabət orqanları və milli tənzimləyici orqanlar arasındakı münasibətlər və digər məsələlərə dair təcrübə mübadiləsi öz əksini tapıb.

VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir?