15 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan və Gürcüstan biznes subyektləri arasında əlaqələrin genişləndirilməsi müzakirə edilib

Azərbaycan və Gürcüstan biznes subyektləri arasında əlaqələrin genişləndirilməsi və əməkdaşlıq perspektivləri müzakirə edilib.

Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) “vergiler.az”a verilən məlumata görə, qeyd olunan məsələyə Gürcüstana səfər çərçivəsində Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədovun bu ölkənin Ticarət və Sənaye Palatasının prezidenti Giorgi Pertaia ilə görüşü zamanı toxunulub.

Görüşdə hər iki ölkənin KOB subyektləri arasında əlaqələrin daha da genişləndirilməsinə və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb, KOBİA-nın fəaliyyətinə dair məlumat verilib.

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini İrakli Nadareişvili və “Enterprise Georgia”nın baş direktoru Mixail Xidureli ilə keçirilən görüşdə isə birgə əməkdaşlığa, iki ölkə arasında ticarət əlaqələrinin və investisiyaların artırılmasında KOB-ların roluna dair fikir mübadiləsi aparılıb.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?