16 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Buxarestdə Rumıniya-Azərbaycan biznes forumu keçirilib

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Buxarest Ticarət və Sənaye Palatasının (CCIB) birgə təşkilatçılığı ilə Buxarestdə Rumıniya-Azərbaycan biznes forumu keçirilib.

Agentlikdən “vergiler.az”a verilən məlumata görə, tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Biznes forumda çıxış edən AZPROMO-nun rəhbəri Yusif Abdullayev Rumıniyanın Azərbaycanın qeyri-neft ixracı üzrə əsas ticarət tərəfdaşlarından biri olduğunu və ölkəyə ixrac həcmlərinin dinamikasında əhəmiyyətli artım müşahidə edildiyini bildirib. AZPROMO rəhbəri həmçinin ölkəmizin investisiya mühitinin xarici sərmayədarlar üçün yaratdığı imkanlar haqqında məlumat verib.

Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, ССIB-nin prezidenti Yuliu Stokloza, Rumıniya İnvestisiya və Xarici Ticarət Agentliyinin prezidenti Rares Burlaku, eləcə də Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədrinin müavini İsmayıl Manafov iki ölkənin aidiyyəti qurumları və işgüzar dairələri arasında əməkdaşlığın inkişafı istiqamətində görülən işlərə dair çıxış ediblər.

Biznes forumda Rumıniya və Azərbaycanın investisiya mühiti, ölkələrdə reallaşdırılan perspektivli layihələrə dair təqdimatlar, eləcə də Qarabağda aparılan bərpa işləri ilə bağlı videoçarx nümayiş olunub. Tədbir B2B görüşlərlə davam edib.

VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?